Tbilisidə yaşayış binasında partlayış - 8 nəfər yaralandı


17:10     07 Aprel 2019 19_04_07_1554641557.jpg

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb.

Gürcüstan səhiyyə naziri David Sergeenkonun sözlərinə görə, iki nəfərin tənəffüs yolları yanıb. Digərlərinin vəziyyəti orta-ağırdır.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Qeyd edək ki, partlayışın təsirindən binada dağıntılar əmələ gəlib.

Açar sözlər:

Oxunub: 511