Sudanda elektrik enerjisi böhranı yaranıb


20:13     07 Aprel 2019 sudan0.jpg



Bu gün Sudanın bütün ərazisində işıqlar sönüb.

Femida.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Sudanın Su Resursları, Meliorasiya və Elektrik Təchizatı Nazirliyi məlumat yayıb.

Nazirlik elektrik enerjisi böhranının səbəbini açıqlamayıb, yalnız mütəxəssislərin elektrik təchizatının bərpasına çalışdıqlarını qeyd edib.

Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda etiraz aksiyaları başlayıb. Aksiyalarda öncə çörəyin qiymətinin kəskin artmasına etiraz edilsə də, sonra etirazlar 30 ilə yaxındır ki, ölkəni idarə edən Ömər əl-Bəşirə qarşı yönəlib. Polis aksiyaçılara qarşı sərt davransa da, indiyə qədər Sudan ordusu aksiyaların dağıdılmasında iştirak etməyib. Prezident fevral ayında ölkədə fövqəladə vəziyyət elan edib. Bununla belə, yeni də etiraz aksiyaları davam edir. Dünən aksiyalar zamanı bir sanitar həyatını itirib. Bununla da 2018-ci ilin dekabrından indiyə qədər aksiyalarda polislə toqquşmalar zamanı həyatını itirən fəalların sayı 32 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 427