Rusiyada 5 min hektara yaxın ərazidə meşə yanır


09:11     08 Aprel 2019 2019/04/09-03-33-745131_1554699843.jpg


Rusiyanın Uzaq Şərq federal dairəsində 5 min hektara yaxın ərazidə meşə yanır.

Femida.az xəbər verir ki, bunu ölkənin Federal Hava Meşə Mühafizəsi Xidmətinin mətbuat xidməti bildirib.

Xidmətin məlumatında deyilir: "Aprelin 8-də saat 00:00-da Rusiya Federasiyasında 4942 hektar ərazidə 14 meşə yanğını qeydə alınıb".

Qeyd olunur ki, yanğınla mübarizəyə 580 nəfər şəxsi heyət, 94 ədəd texnika, 9 təyyarə cəlb olunub. Ötən sutka ərzində 400 hektara yaxın ərazidə yanğınlar söndürülüb.

Femida.az

Açar sözlər: #Rusiya  

Oxunub: 280