AKP: İstanbulda bütün səslərin yenidən sayılmalıdır


09:17     08 Aprel 2019 19_04_08_1554700705.jpg

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda bələdiyyə seçkiləri üzrə bütün səslərin yenidən sayılmasını istəyir.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə AKP sədrinin müavini Əli İhsan Yavuz bildirib. Onun sözlərinə görə, AKP İstanbulun bütün rayonları üzrə səslərin yenidən sayılması üçün Ali Seçki Komissiyasına müraciət edəcək: "Hazırda fərq 16442 səs təşkil edir".

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası ümumilikdə ölkə üzrə 44,31% səslə qələbə qazanıb. Lakin paytaxt Ankarada və İstanbulda müxalif CHP-nin namizədləri qalib gəliblər.

Belə ki, İstanbulda seçkilərin favoriti sabiq baş nazir və parlamentin keçmiş spikeri Binəli Yıldırım hesab olunsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu 48,79 faizlə birinci olub. Binəli Yıldırım isə 48,52% səslə rəqibinə uduzub. Ankarada da CHP-nin namizədi Mansur Yavaş 50,91% səslə rəqib partiyanın namizədi Mehmet Özhaseki məğlub edib.

Femida.az

Açar sözlər: #Türkiyə   #AKP  

Oxunub: 454