Yük maşını piyadanı vurub öldürdü


17:17     28 Oktyabr 2015 0301af1119ea9cccef93cb999cfdd75e.jpg

Bakıda yük maşını piyadanı vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə oktyabrın 27-də saat 01 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsində qeydə alınıb. Xırdalan şəhər sakini Saleh Tapdıqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolun kənarında dayanan Zaqatala rayon sakini Nəsihət Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 937