Azərbaycanda dəhşətli qəza: 3 nəfər yeniyetmə qızı vurub qaçan sürücü axtarılır


10:01     08 Aprel 2019 qeza_velosiped_045.jpg

Şəki rayonunda 3 nəfər yeniyetmə qızın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Şəki sakini Elgiz Hümbətov idarə etdiyi "VAZ-21010" markalı avtomobillə hərəkətdə olarkən,yolu keçmək istəyən Şəki sakinləri-2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova, 2001-ci il təvəllüdlü Nazənin Rafik qızı Musayeva və 2002-ci il təvəllüdlü Türkanə Tərlan qızı Məmədovanı vurub.

Qəza nəticəsində xəsarət alan hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 17 yaşlı S.İslamova və T.Məmmədovaya ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb. 18 yaşlı N.Musayeva isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-sabitdir.

Piyadaları vuran E.Hümbətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #qəza  

Oxunub: 632