Azərbaycanda "Mercedes" gölə düşdü - FOTO


10:26     08 Aprel 2019 masin%20asib%20qeza_yeni1.jpg

Bakı - Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol qəzası baş verib.


Femida.az ONA-ya istinadən xəbər verir ki, Bakı istiqamətinə doğru hərəkət edən "90 GN 474" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq ərazidə olan gölə girib.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın və 2 kişi yüngül bədən xəsarətləri alıb.

Vətəndaşların köməyi ilə avtomobil sudan çıxarılıb.

Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.



Femida.az

Açar sözlər: #Maşın   #Avtomobil   #Siyəzən   #Qəza   #FHN   #Nazirlik  

Oxunub: 1120