Türkiyədə kütləvi zəhərlənmə olub

Türkiyədə kütləvi zəhərlənmə olub


10:44     08 Aprel 2019 ambulans_turkiye_3784756.jpg

Türkiyənin Mersin vilayətində kütləvi zəhərlənmə baş verib.

Femida.az-ın məlumatına görə, insident kimyəvi məhsulların istehsalı ilə məşğul olan fabriklərin birində qeydə alınıb.

Qeyd olunur ki, zəhərlənmə kimyəvi qaz sızması səbəbindən olub. Zəhərlənənlərin sayının 33 nəfər olduğu bildirilir.

Qeyd edək ki, sonuncu dəfə Türkiyədə kütləvi zəhərlənmə bu il fevralın 4-də qeydə alınıb.

Femida.az

Açar sözlər: #Türkiyə   #Zəhərlənmə  

Oxunub: 237