İŞİD rusiyalı hərbçilərə aid olduğu iddia olunan meyitin görüntüsünü yayıb (18+VİDEO)


10:48     08 Aprel 2019 19_04_08_1554706300.jpg

İŞİD terrorçu qruplaşması ilə əlaqəli “Amaq” informasiya agentliyi rusiyalı hərbçilərə aid olduğu iddia olunan iki meyitin görüntüsünü yayıb.



Femida.az xəbər verir ki, Videoçarx internetdə ekstremistlərin dərc etdiyi materialları izləyən “SITE Intelligence Group” təşkilatının diqqətini çəkib.

Yaraqlılar yük maşınının kuzovuna yüklənmiş meyitlər arasında rusiyalı hərbçilərdən başqa əsir düşmüş yaralı suriyalı hərbçinin də olduğunu bildirir. Onların Homs əyalətində baş verən toqquşma zamanı həlak olduğu iddia olunur.


Müdafiə Nazirliyi yayılmış videoçarxa hələlik münasibət bildirməyib.

Martın 25-də Rusiya Müdafiə Nazirliyi Suriyada üç hərbçinin öldüyü barədə məlumat yaymışdı. Məlumata görə, onlar fevralın sonunda Deyr-əz-Zorun yaşayış məntəqələrindən birinə humanitar yardım çatdıran zaman mühasirəyə düşüb.

Moskva rusiyalıların döyüşdüyünü və itkin düşdüyünü açıqlasa da, sonradan onların öldüyünü təsdiqləmişdi. Müdafiə Nazirliyi rusiyalı hərbçilərin öldürülməsində əli olan terrorçuların məhv edildiyini açıqlamışdı.
Diqqət! Videoda meyitlər açıq şəkildə təqdim edildiyi üçün əsəbi zəif insanların və azyaşlıların baxması məsləhət deyil!


Açar sözlər: #İŞİD   #RUSİYA   #VİDEO  

Oxunub: 1779