İrandan Azərbaycana narkotik keçirməyə cəhd edənlər saxlanıldı
11:36 08 Aprel 2019
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikasından narkotik maddə əldə edərək gətirəcəkləri barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, məlumat əsasında iki nəfər Azərbaycan Respublikasının vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
Sorğu-sual zamanı vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Şəxsi yoxlama zamanı onların üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkar edilməsə də, hərəkətləri şübhə yaratdığından vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində xanım vətəndaşlardan birinin daxili bədən boşluğundan 2 ədəd selofan bükümdə ümumi xalis çəkisi 140,388 qram, digərindən isə 2 ədəd bükümdə ümumi xalis çəkisi 117,339 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 307
Oxşar xəbərlər
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda narkotiklə bağlı əməliyyatlar keçirilib, 30 nəfər saxlanılıb
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Bakıda narkotikə görə 64 nəfər saxlanılıb
- Şirvanda narkotik tərkibli bitkiləri yetişdirən şəxs saxlanılıb
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb