Ata alimentdən yayınmaq üçün uşaqların ondan olmadığını iddia edərsə... - QADINLARA HÜQUQİ MƏSLƏHƏT
12:10 08 Aprel 2019
Femida.az qadınlarla bağlı hüquqi məsləhət təqdim edir.
Adının açıqlanmasını istəməyən bir xanım müraciətində boşanma ərəfəsində olduğunu, lakin problem yaşadı bildirib. Məsələnin problemli tərəfi budur ki, qarşı tərəf (ata) alimentdən yayınmaq üçün uşaqların ondan olmadığını iddia edir. Xanımın həyat yoldaşı və qaynanası deyir ki, məktəbli yaşında olan uşaqların həqiqi atası başqasıdır. Xanım bu böhtandan hansı yolla qurtula biləcəyini soruşub.
Ailə Məcəlləsinin 46-cı maddəsindən çıxarış:
46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
Məcəllənin 47-ci maddəsində isə göstərilir ki, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.
Qeyd edək ki, atanın belə bir iddia sürmək hüququ var. Odur ki, bütün şübhələrin ortadan qalxması üçün ilk növbədə DNT analizi gərəklidir. DNT analizini şübhəli olan tərəf tələb etməlidir. Yalnız bundan sonra məhkəmə ekspertiza qərarı verə bilər. Əgər analizdən sonra de fakto ata sayılan şəxsin həqiqətən də uşaqların atası olduğu sübuta yetirilərsə, analizin pulunu ödəməlidir. Amma analizin nəticəsi neqativ olarsa, bu zaman ata alimentdən yayına bilər.
Əks təqdirdə, ana ikinci bir iddia qaldıraraq, atanın ona böhtan atmasına görə kompensasiya tələb edə bilər.
Amin Nəzərli
Femida.az
Oxunub: 2211
Oxşar xəbərlər
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Prezident İlham Əliyev İsrailə səfərə dəvət olunub
- Ağstafada avtomobil aşıb, bir ailənin 3 üzvü xəsarət alıb