Yasamalda cibgirlik edən kimdir?


12:19     08 Aprel 2019 cibgir1.jpg

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Yevlax rayon sakini E.Qasımov avtobusda cibindən pulunun oğurlandığını bildirib.

​DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ş.Bəşirov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Cibgir  

Oxunub: 333