Bakıda iki qadın faciəvi şəkildə öldü


14:59     08 Aprel 2019 qazdan%20bogulma.jpg

Bakıda iki gənc qadın dəm qazından boğularaq ölüb.

Femida.az oxu.az-a istinadən xəbər verir ki, hadisələrdən biri dünən paytaxtın Yeni Suraxanı qəsəbəsində, Xəlilov küçəsi 5 ünvanında qeydə alınıb.

Sözügedən ünvanda 1994-cü il təvəllüdlü Çinarə Nüsrət qızı Kərimova hamam otağında dəm qazından boğularaq ölüb.

Daha bir analoji hal paytaxtın Binəqədi rayonu, Çiçəkli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Aysel Bəxtiyar qızı İbrahimova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 320