Qəbiristanlıqdan 700 manatlıq dəmir çərçivələr oğurlanıb


15:14     08 Aprel 2019 qebiristanliq_01%20mezarliq.jpg

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə müraciət daxil olub.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az
-a verilən məlumata görə, dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.


Femida.az

Açar sözlər: #Qəbiristanlıq   #dəmir  

Oxunub: 391