Ərdoğan: "İstanbuldakı seçkilər saxtalaşdırılıb"
19:33 08 Aprel 2019
İstanbuldakı seçkilərin nəticələri, demək olar ki, tamamilə saxtalaşdırılıb.
Femida.az xəbər verir ki, ntv.com.tr portalının məlumatına görə, bu fikirləri Moskvaya səfərindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, günahkarların üzə çıxarılması üçün Ədalət və İnkişaf Partiyası Mərkəzi Seçki Komissiyasına müraciət edib.
O əlavə edib ki, hakim partiya seçicilərin aldadılmasına imkan verməyəcək.
"Heç kimin 10 milyondan çox seçicisi olan İstanbulda 13-14 min səs fərqi ilə seçkini qazandığını deməyə haqqı yoxdur".
Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində yayılan məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrem İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.
Oxunub: 413
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"