Deputatlar bu gün 20 məsələ üçün toplaşır


09:28     09 Aprel 2019 milli_meclis-221013_2013102253.jpg


Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.


Femida.az-ın məlumatına görə, iclasın əvvəlində Hesablama Palatasının hesabatı dinləniləcək.

Daha sonra deputatlar Ailə Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Su Məcəlləsinə, Mülki Məcəlləyə, Gömrük Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "İctimai iştirakçılıq haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında" və digər qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəklər.

Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxildir.

Femida.az

Açar sözlər: #deputat   #milli_məclis  

Oxunub: 598