19 manat üstündə taksi sürücüsünü öldürənlərə AĞIR CƏZA


09:36     09 Aprel 2019 TAKSİ%20(1).jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Pərviz Məmmədov 19 il, Rahin Hüseynovla Şamil Bayramovun hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu il mayın 8-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiti tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Məmmədov, Sumqayıt şəhərində yaşayan R.Hüseynov və Şəmkir rayon sakini Ş.Bayramov tutulub.

Femida.az

Açar sözlər: #kriminal   #cinayət   #taksi  

Oxunub: 445