Gəncədə üç avtomobil toqquşdu


09:46     09 Aprel 2019 qeza_yeni.jpg

Gəncə şəhərinin Nizami və 28 May küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.


Femida.az oxu.az-a istinadən bildirir ki, işıqforun qırmızı işığının yanmasına əhəmiyyət verməyən avtomobillər toqquşaraq yararsız hala düşüb.

Qəzada iştirak edən VAZ-2106 markalı avtomobilin sürücüsü Agayev Fiqan Füzuli oğlu ağır yaralandığı üçün xəstəxanaya yerləşdirilib.

"Mersedes" markalı avtomobilin sürücüsü Qəhrəmanov Elnur İlqar oğlu və "Opel" markalı minik maşınının sürücüsü İsayev Şöhrət Bəxtiyar oğlu yüngül xəsarət alıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 289