Sayımızı 10 milyon edən körpənin gerçək FOTOSU


10:51     09 Aprel 2019 19_04_09_1554792743.jpg


2019-cu ilin aprelin 6-da ölkənin 10 milyonuncu sakini doğulub. Respublika Perinatal Mərkəzində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bu, ailənin ilk övladıdır.


Qeyd edək ki, tanınmış aparıcı Hacı Nuran sosial şəbəkə hesabında qucağında uşaqla foto paylaşıb. Bir çox saytlar həmin körpənin 10 milyonuncu vətəndaş olduğunu zənn edərək xəbərlər yayıblar. Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova isə saytımıza açıqlamasında bunu təkzib edib. Hacı Nuranın şəklini paylaşdığı körpənin həmin uşaq olmadığını bildirib.

Femida.az xəbər verir ki, bu xəbərdən sonra uşağın atası Rauf Həsənov qızının fotusunu Azvision.az a təqdim edib.

Qeyd edək ki, ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır. 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova orta məktəbdə müəllim işləyir. Onun həyat yoldaşı Rauf Həsənov isə polis serjantıdır.

Femida.az

Açar sözlər: #uşaq   #10_milyon  

Oxunub: 542