Zaqatalada evin zirzəmisindən naməlum heyvan skeleti tapılıb - VİDEO


10:52     09 Aprel 2019 19_04_09_1554792817.jpg

Zaqatala rayon sakini yaşadığı evin zirzəmisində naməlum heyvan skeleti tapıb.



Femida.az -ın ONA-ya istinadən məlumatına görə, Muxax kənd sakini Etibar Çobanov özünə məxsus fərdi yaşayış evinin zirzəmisində təmir işləri aparan zaman naməlum heyvan skeleti tapıb.

E.Çobanovun dediyinə görə, evin döşəməsini sökərkən naməlum heyvana məxsus skelet tapıb. Skeletin hansı heyvana məxsus olduğu bilinmir. Skeletin qabaq ətrafı yoxdur, iki arxa ətrafı var. Skeletin uzunluğu 40 sm-dən yuxarıdır.

E.Çobanov evin zirzəmisində bir müddət əvvəl də söküntü işləri aparan zaman evində belə skeletin eynisini tapdığını və onu sobada yandırdığını bildirib.


Açar sözlər: #heyvanlar_aləmi   #Video   #maraqlı  

Oxunub: 2509