Binəqədidən maşın qaçırdı, Qara Qarayev prospektində saxlanıldı


11:22     09 Aprel 2019 publraf.com1423305887hebs-a.jpg

Aprelin 8-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta satlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, 5-ci Polis Bölməsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb. Araşdırmalar aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 404


Oxşar xəbərlər