Xaçmazda qətl törədən şəxs həbs edildi – Polis və prokurorluqdan birgə əməliyyat


12:39     09 Aprel 2019 2018/02/polis_yeni_1518511611.jpg

Aprelin 6-da saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Etibar Cavadovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Ə.Yaqubov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 806