Direktora yalançı şahidlik edən valideynlər cəzalandırıldı - 220 saylı məktəblə bağlı MƏHKƏMƏDƏN


13:00     09 Aprel 2019 19_04_09_1554800786.jpg

Aktyor-rejissor Rza Rzayev və 220 saylı məktəbin direktor müavini olan bacısı Zeynəb Rzayeva ilə məktəb rəhbərliyi arasında baş verən mübahisə ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb.

Femida.az xəbər verir ki, bu barədə R.Rzayev özü "facebook" hesabında məlumat yayıb. Zeynəb Rzayevaya qarşı məktəbin sinif müəlliməsi Taliyə Mirzəliyeva və onunla əlbir olan 5 valideyn tərəfindən aparılan qarayaxma kampaniyası və böhtan xarakterli bu ittihamların "Yeni avaz" adlı media orqanında işıqlandırılmasına görə, məhkəmə həmin valideynlərdən ikisini cəzalandırıb.

"Dostlar, mübarizəm doğrular tam üzə çıxana qədər, əzimlə, iradə ilə və amansız olaraq sona qədər davam edəcəkdir.

Nəzərinizə çatdırım ki, dünən Nizami Rayon Məhkəməsində tərəfimizdən xüsusi ittiham qaydasında cavabdeh şəxslərə, yəni Salmanov Pərvanə Ələkbər qızına, Məmmədov Aliyə Məhərrəm qızına, Muxtarov Fərqanə Fuad qızına, Mirzəliyeva Taliyə Gündüz qızına və İsmayılova Gülbəniz Əhəd qızına qarşı şikayət ərizəmiz qismən təmin olundu. 220 nömrəli məktəbin sinif müəlliməsi Mirzəliyeva Taliyə Gündüz qızı tərəfindən öyrədilmiş valideyinlər Salmanova Pərvanə Ələkbər qızına və Məmmədova Aliyə Məhərrəm qızına Nizami Rayon Məhkəməsinin qərarı ilə 6 ay islah etmə işləri hökmü çıxarıldı (nəzərinizə çatdırım ki, bu valideyinlərin uşaqlarına Taliyə Mirzəliyeva dərs deyir və məlum hadisələrdən sonra Taliyə Mirzəliyeva “xidmətlərinə” görə direktor müavini təyin edilmişdi, Yeni Müsavat TV-də bu faktı söylədiyimdən sonra direktor müavini vəzifəsindən azad edildi).

Cavabdeh şəxslər, yəni haqqlarında höküm çıxarılan Salmanova Pərvanə Ələkbər qızı, Məmmədova Aliyə Məhərrəm qızı və Yeniavaz.com saytı haqqında Nizami Rayon Məhkəməsində mülki iddia da qaldırmışıq. Məhkəmə prosesi tezliklə başlayacaq.

Nizami Rayon Məhkəməsinə tezliklə təqdim edəcəyimiz yeni iddiamız isə bir qrup şəxslə pedoqoji şuranın keçirilməsi adı ilə başlığı olmayan vərəqləri müəllimələrə imzaladıb, sonra müəllimələrin bilmədiyi başlıq tərtib edib, həmin mətni Yeni Avaz saytında yayımlamış, sənədləri saxtalaşdırmış - 220 nömrəli məktəbin həmkarlar ittifaqının sədri Nahidə Hüseynovaya qarşı olacaqdır" - deyə R.Rzayev qeyd edib.

Xatırladaq ki, daha əvvəl Z.Rzayeva direktor Tural Mirzəliyevin göstərişi ilə işdən azad edilsə də, Nəsimi rayon məhkəməsinin qərarı ilə müəllimə işə bərpa olunmuşdu.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #müəllim   #Rza_Rzayev   #direktor   #məktəb   #məhkəmə  

Oxunub: 2307