Monteneqro Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib


14:34     09 Aprel 2019 XIN.jpg

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib.

XİN-dən Femida.az-a verilən məlumata görə, P.Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.

Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Bu xüsuda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim edib.

Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: XİN   Monteneqro  

Oxunub: 434