Sahil Babayev İctimai Şuranın üzvləri ilə görüşüb


14:51     09 Aprel 2019 2019/04/n1-(2)_1554807173.jpg

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.


Femida.az-a daxil olan məlumata görə, görüşdə nazir vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir.

S.Babayev bildirib ki, ötən dövrdə Şura üzvləri ilə uğurlu əməkdaşlıq təcrübəsi yaranıb. Fəaliyyət sahələrində həm güclü ictimai nəzarətin qurulmasında, həm də müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şura öz töhfəsini verir. Bununla yanaşı, İctimai Şurada təmsil olunmayan, aidiyyəti iş sahələri ilə əlaqəli fəaliyyət göstərən digər vətəndaş cəmiyyətləri ilə də mütəmadi olaraq görüşlər keçirilir, onların rəy və təklifləri dinlənilir.

Görüşdə İctimai Şura tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 376