Lənkəranda 2 məktəbli qızı maşın vurub


15:08     09 Aprel 2019 2018/02/mektebli-piyada_1519214699.jpg

Lənkəranda iki məktəbli avtomobillə vurulub.



Qızların hər ikisi rayonun 8 saylı tam orta məktəbinin şagirdidir. Məktəbdən çıxıb evə gedərkən rayonun Lüvəsər kənd sakini, 2008-ci il təvəllüdlü Nərmin Sadiq qızı Adıgözəlova və Bəlləbur kənd sakini, 2009-cu il təvəllüdlü Xeyrənisə Hüseyn qızı Cəfərzadəni maşın vurub. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. X. Cəfərzadə bud sümüyünün yuxarı ⅓-nin çatı və bədən səthinin müxtəlif nahiyələrinin kəsilmiş-əzilmiş yaraları, N.Adıgözəlova isə çanaq sümüklərinin qapalı sınığı diaqnozları ilə travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda sürücünün kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. (ONA)

Açar sözlər:

Oxunub: 336