Güləşçimiz Avropa çempionu oldu


15:55     09 Aprel 2019 2019/04/cebra-1554810830_1554811006.jpg

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, buna səbəb 79 kq çəki dərəcəsindəki təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedovun zədəli olmasıdır.

Həkimlər idmançının yarımfinalda aldığı zədəyə həlledici görüşə çıxmasına icazə verməyiblər.

Qeyd edək ki, bundan əvvəl Nurməhəmməd Hacıyev (97 kq) və Mahir Əmiraslanov (57 kq) təsəlliverici görüşlərdə qalib gəldiyinə görə onlar da medal görüşünə çıxacaq. Final görüşləri Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 877