Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək


16:03     09 Aprel 2019 kemaleddin%20h.jpg

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 12-də saat 11:00-da Quba şəhərində vətəndaşları qəbul edəcək.


Femida.az FHN-ə istinadla xəbər verir ki, Qubadakı Heydər Əliyev Mərkəzinin binasında keçiriləcək qəbulda yalnız Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı 11 aprel 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 679