Şəmkirdə ağır qəza - Azyaşlı öldü


16:30     09 Aprel 2019 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib2.jpg

Şəmkir rayonu ərazisində “VAZ-2106” və “Ford Transit” markalı yük avtomobilləri toqquşub.


Femida.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 8-də saat 20 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində kənd sakini A.Mehdiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini A.Həsənovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobilləri toqquşub.

Nəticədə A.Mehdiyevin sərnişinlərindən azyaşlı oğlu Bakir hadisə yerində ölüb, özü və digər sərnişini, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 650