Prezident tapşırıq verdi:Azərbaycan İrana yardım göndərəcək


16:50     09 Aprel 2019 prezident.jpg

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) İran İslam Respublikasına humanitar yardım göndərəcək.



Bununla bağlı FHN məlumat yayıb.

Məlumatlara görə, yardım aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədardır.

Hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.

Açar sözlər: #Prezident   #İlham_Əliyev  

Oxunub: 347