Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxdı və yenidən tutuldu


18:10     09 Aprel 2019 19_04_09_1554815206.jpg

Kriminal aləmin ən nüfuzlu "qanuni oğru"su, "Taro" ləqəbli" Tariel Muluhov (Oniani) aprelin 9-da azadlığa çıxıb.


Femida.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, Oniani sərbəst buraxılan kimi Rusiyadan Gürcüstana deportasiya olunub. O, Tbilisidən Türkiyəyə keçəcək, artıq bileti alınıb. Burada onun tərəfdaşlarının böyük əksəriyyəti məskunlaşıb.

Qeyd edək ki, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Moskvalı biznesmeni oğurlamaqda ittiham olunan "Taro" 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə "qanuni oğru" məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib.

***

"RİA Novosti" xəbər verir ki, "Taro" azadlığa çıxdığı gün yenidən həbs olunub. Bu barədə Sol-İletsk məhkəməsinin nümayəndəsi Liniza Şevçik bildirib.

Tariel Muluhanov 40 gün, yəni mayın 19-na qədər həbsdə olacaq.

Onun həbsinə səbəb kimi İspaniya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi göstərilir.

Açar sözlər:

Oxunub: 896