İranlı deputatlar parlamentin iclasına hərbi formada gəldilər
18:25 09 Aprel 2019
Aprelin 9-da İran İslam Şurası Məclisinin (parlament) nümayəndələri plenar iclasa hərbi formada gəliblər.
Femida.az bildirir ki, bununla da İran parlamentinin nümayəndələri ABŞ-ın İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) xarici terror təşkilatları siyahısına salmasına etirazlarını bildiriblər. "Sepah"ın hərbi formasını geyib iclasa gələn deputatlar bəyan ediblər ki, İran parlamenti "Sepah"ı dəstəkləyir və hər zaman onun yanında olacaq. İran ordusunun əsasını təşkil edən "Sepah" regionda terrora qarşı mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirib.
Xatırladaq ki, dünən axşam ABŞ Prezidenti Donald Tramp "Sepah"ın xarici terror təşkilatları siyahısına salındığını bəyan edib. Bunun ardınca isə İran ABŞ ordusunu terror təşkilatı, əsgərlərini isə terrorçu elan edib.
Oxunub: 490
Oxşar xəbərlər
- İranlı narkotacir Azərbaycanda saxlanıldı
- İranlı nazir Azərbaycandan kömək istədi
- İranlı jurnalistin adı Azərbaycan XİN-in "qara siyahısı”ndan çıxarıldı
- İranlı general koronavirusdan ÖLDÜ
- İranlı nazir İlham Əliyevin qəbulunda
- İranlı nazir Bakıya gələcək
- İranlı vəkildən böyük jest: "Yaşasın Azərbaycan" dedi
- İranlı nazir ABŞ-a dəvət olunub
- İranlı deputatlar Milli Məclisdə olublar
- İranlı admiraldan ABŞ-a - XƏBƏRDARLIQ