Azərbaycanda hakimi döyən məşqçi və tüpürən futbolçu cəzalandırıldı


17:40     09 Aprel 2019 19_04_09_1554816916.jpg

Bu gün AFFA İntizam Komitəsi hakimləri döyən və söyən futbolçu və məşqçilərlə bağlı qərarlar çıxarıb.


Femida.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən Region Liqasının futbolçu və məşqçiləri cəzalandırılıb:

Region Liqasında “Uğur” (Sumqayıt) – “Energetik” (Mingəçevir) matçının 90+5-ci dəqiqəsində “Energetik”in futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə dörd oyun cəzalanıb. Oyunun 24-cü dəqiqəsində “Uğur”un məşqçisi Tural Salmanzadə texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb.

Oyunun birinci hissəsi başa çatdıqdan sonra “Energetik”in məşqçisi Samir Məmmədov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün beş oyun cəzalanıb. Oyun başa çatdıqdan sonra “Energetik”in futbolçuları Kamran Lalayevlə Habib Məmmədli hakimlər briqadasını təhqir etdiyinə görə, hər ikisi dörd oyun cəzalanıb.

Region Liqasında “Füzuli” – “Baku” matçının 68-ci dəqiqəsində “Füzuli”nin məşqçisi Xəqani Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən hakimə qarşı fiziki təsir göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. Oyun başa çatdıqdan sonra “Füzuli”nin futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir edərək tüpürdüyünə görə, altı oyun cəzalanıb.

Açar sözlər:

Oxunub: 467