Konqressmenlərdən “erməni soyqırımı” ilə bağlı yeni tələb


17:43     09 Aprel 2019 2019/04/oiss-1554806546_1554817336.jpg

ABŞ Konqressinin Nümayəndələr Palatasının demokrat üzvü Adam Şiff və respublikaçı Qas Bilirakis qondarma “erməni soyqırımı”nın Amerika rəhbərliyi səviyyəsində rəsmən tanınması üçün yeni qətnamə layihəsi təqdim ediblər.


Bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb. Qeyd olunur ki, Şiff və Biliraksın müəllifi olduqları yeni qətnaməni 70 konqressmen dəstəkləyib.

Sənəddə tarixi faktlara zidd olaraq ortaya atılan saxta “erməni soyqırımı”nın tanınması məqsədilə konkret tədbirlərin görülməsi və Vaşinqtonun siyasətinə yeni müddəaların salınması təklif olunub. Ermənipərəst konqressmenlər həmçinin, ABŞ hakimiyyətini uydurma soyqırımı rəsmən tanımağa və onun “tarixinin” tədris olunmasına çağırıblar.

Açar sözlər:

Oxunub: 444


Oxşar xəbərlər