Bakıda 58 yaşlı kişi gəmidə öldü


21:54     09 Aprel 2019 meyit.jpg

Bakıda gəmidə ölüm hadisəsi baş verib.

Femida.az Trend-ə istinadən bildirir ki, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisinə aid hissəsində baş verib.

Xəzər Dəniz Neft Donanmasına məxsus "Kunarçay" gəmisinin kran operatorunun köməkçisi işləyən, 1961-ci il təvəllüdlü Qasımov İdris Güləhməd oğlu həmin gəmidə özünəməxsus istirahət otağında qəflətən ürəktutmasından ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə və meyitə baxış keçirib, meyit müavinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 339