İntihar edən məktəblinin daha bir videosu yayıldı

İntihar edən məktəblinin daha bir videosu yayıldı


10:29     10 Aprel 2019 2019/04/1554875346_elina_1554878028.jpg


Bakı şəhərinin 162 saylı məktəbində intihar edən 15 yaşlı Elinanın daha bir videosu yayılıb.



Videoda görüntülərin Elinanın özünü atmasından sonra çəkildiyi bildirilir.Yayılan kadrlarda görünür ki, intihara cəhddən sonra məktəbli qızın vəziyyəti suallara cavab verməyə imkan verir.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.




Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Açar sözlər: #İntihar   #Elina   #Video  

Oxunub: 1579