Elina intihar günü məktəbdə necə davranırmış?- Yeni VİDEO

Elina intihar günü məktəbdə necə davranırmış?- Yeni VİDEO


11:52     10 Aprel 2019 19_04_10_1554882958.jpg

Özünü 162 nömrəli məktəbin üçüncü mərtəbəsindən səkkizinci sinif şagirdi Elina Hacıyevanın təhsil ocağında son gününün görüntüsü yayımlanıb.



Femida.az -ın məlumatına görə, videoda E. Hacıyeva sinif otağında, parta arxasındadır, ətrafdakı partaların arxasında sinif yoldaşları oturub. Dəftəri açır, vərəqə nə isə yazır.

Sonra çantasını qucaqlayıb bir neçə dəqiqə bu vəziyyətdə oturur. Tənəffüs zəngi çalınır, sonra Elina çantasını partanın üstünə buraxıb sinif otağından çıxır.

Həmçinin oxu: Elinanın intiharı kameraya düşdü: Əyilib corablarını düzəldir və... VİDEO


Dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır

Xatırladaq ki, bir neçə gün əvvəl 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.



Açar sözlər: #Elina   #İntihar_videosu   #kriminal  

Oxunub: 5017