14 yaşlı Rəşadın yaşaması üçün kömək edək - Təcili ilik köçürülməlidir (VİDEO)


12:33     10 Aprel 2019 2019/04/resad_1554884786.jpg


2005-cil il təvəllüdlü Hətəmzadə Rəşad İlham oğlu 4 ildir ki, qan xərçəngindən əziyyət çəkir.


Femida.az xəbər verir ki, Hətəmzadə Rəşad 2014-cü ildə amansız xəstəliyə tutulub. Həkimlərin müayinəsindən sonra məlum olub ki, Rəşad kəskin limfoblast L1 xəstəliyinə yoluxub. O Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə 2014-cü ildə Hematologiya və Qanköçürmə İnstitutu müalicə edilib. İki il yarım ərzində kimyaterapiya alıb və xeyli yaxşılaşıb. Ağdam rayonundan məcburri köçkün olan Səadət Sadıqova müxtəlif illərdə öz imkanları hesabına oğlunun müalicələrini etdirib, lakin imkanı bundan artığını etməyə imkanı çatmayıb. Nəticədə 4 il keçdikdən sonra müalicələrinin gecikməsi ucbatından ondan bu xəstəlik yenidən kəskin şəkildə biruzə verib. Hazırda heç bir yerdə işləməyən Səadət xanım övladının malicəsini etdirməyə gücü çatmır. Yalnız məcburi köçkünlər üçün vahid aylıq müavinət alan Səadət xanım hazırda Ağdam rayon Alıbəyli 2 qəsəbəsində ağır şəraitdə yaşayır. O övladının sağalması üçün kömək istəyir:

"Rəşadın xəstəliyi yenidən biruzə verib. Bu da o deməkdir ki, Rəşada sümük iliyi köçürülməsi vacibdir. Buna isə gücümüz çatmır. Maddi imkanımız yoxdur. Həkimlər müalicənin mütləq olduğunu deyir. Neçə günüdür, imkanımız olmadığı üçün ev şəraitində müalicə alır. Rəşad xəstəxana şəraitində müalicə olunmalıdır. Sizdən xahiş edirəm, Rəşada ilik köçürülmsi üçün, xəstəxanada müalicə olunması üçün imkanlı şəxslər kömək olun. Kimin nəyə gücü çatır kömək etsin. Rəşadın gəlcəyi arzuları var. Rəşadın əzab-əziyyət çəkməməsi üçün ana fəryadıma səs verin. Rəşad gecələr yata bilmir. Buna döz bilmirəm"

Qan xərçəngi ilə mübarizə aparan Rəşad Hətəmzadə müalicə olunub sağalması üçün sizin maddi dəstəyinizə ehtiyacı var.

Anası Səadət Sadıqova İmdat qızının bank hesabı
MilliÖN Kapital Bank

4169 7413 7621 9174

Tel: 050 629 86 96




Femida.az

Açar sözlər: #kömək   #xəstəlik   #Video  

Oxunub: 1723