Monitorinq insidentsiz başa çatıb
12:58 10 Aprel 2019
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Ralf Boshard keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və YSPQ-nin nümayəndəsi polkovnik Yuri Dudçenko aparıblar.
Femida.az
Oxunub: 286
Oxşar xəbərlər
- Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarılıb
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb
- Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olublar
- Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır
- Ali Məhkəmə "Ağdam bandası"nın başçısı ilə bağlı qərarı elan edib
- Prezident Ağdam üzrə xüsusi nümayəndə vəzifəsini ləğv etdi
- Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
- Ağdam Sənaye Parkının ərazisinin 39%-i minalardan təmizlənib
- Ağdam sakini bıçaqlanıb