FHN işçi axtarır


15:15     10 Aprel 2019 fhn.jpg

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan olunub.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Gəncə şəhərində, FHN-in Gəncə Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Qəbələ şəhərində, FHN-in Şimal-qərb Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Salyan şəhərində, FHN-in Muğan Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Şirvan şəhərinin, Salyan, Neftçala, Biləsuvar, İmişli, Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

Müsabiqədə iştirak etmək üçün müraciət edən vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi;

hərbi bilet;

sağlamlıq haqqında arayış (Forma № 086);

Vərəm Əleyhinə Dispanserdən arayış;

Dəri-zövrəvi Dispanserdən arayış;

Ruhi Əsəb Xəstəlikləri Dispanserindən arayış;

Narkoloji Dispanserdən arayış.

Açar sözlər:

Oxunub: 1159