Bakının mərkəzində sarı tor qurulur


15:40     10 Aprel 2019 2019/04/sari_tor_1554896957.jpg

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Bülbül prospekti və M. Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.


Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, bu məqsədlə 10.04.2019 tarixində axşam saat 23:00-dan aprelin 11-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 477