Yeni xəbər kanalının açılması üzrə müsabiqə başa çatır
15:46 10 Aprel 2019
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu sabah başa çatır.
MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev Femida.az-a açıqlamasında deyib ki, bu günə qədər 3 iddiaçı müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri şuraya təqdim edib.
Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
O bildirib ki, sənədlərin qəbulu aprelin 11-i saat 18.00-da yekunlaşacaq: “Yekun olaraq şuranın iclası keçiriləcək və qərar veriləcək”.
Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu martın 11-də başlayıb.
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- Bu ilin sonuna qədər Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq
- MTRŞ peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib
- Kolumbiya televiziyasında Azərbaycanın Vətən müharibəsindəki zəfərindən danışılıb
- Şuşada Radio-Televiziya Yayım Stansiyası tikiləcək
- XİN radio və televiziya işçilərini təbrik edib
- Azərbaycanda reklam televiziyası yaradılacaq
- Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub
- Televiziya əməkdaşı adı ilə pul istədi
- Azərbaycanda yeni televiziya kanalı açılır
- "Space"in yeni rəhbəri bu xanım oldu