Şəkiyə 25 milyon manat ayrılıb - Sərəncam

Şəkiyə 25 milyon manat ayrılıb - Sərəncam


15:52     10 Aprel 2019 prezident2.jpg

Prezident İlham Əliyev Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda qeyd edilir ki, Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 245