Mübarizi aşağılayan qız barəsində MƏHKƏMƏ QƏRAR VERDİ
15:58 10 Aprel 2019
Milli qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi mənfi fikirlərə görə ittiham olunan Nərmin Şahmarzadənin işi ilə bağlı Bakı Apellyasiya məhkəməsi qərar verib. Xətai rayon məhkəməsinin işi icraata götürməsindən imtina qərarı ilə bağlı apellyasiya şikayəti təmin olunub.
Femida.az-ın məlumatına görə, bu barədə Şahmarzadəni məhkəməyə verən şəxslərin vəkili Ramil Rüstəmov bildirib:
"Birliyimiz və mübarizliyimiz qələbə çaldı!!!
Milli varlığımız olan Milli qəhrəmanımız Mübariz İbrahimov barədə böhtan və təhqir söyləmiş Nərmin Şahmarzadə barədə xüsusi ittiham qaydasında verdiyimiz şikayətin icraata götürülməsindən imtina olunması barədə 22 yanvar 2018 ci il tarixli Xətai rayon Məhkəməsinin qərarından verdiyimiz apellyasiya şikayəti bu gün təmin olundu və işin icraata qəbul edilməsi, Nərminin təqsirləndirilən şəxs bizi isə xüsusi ittihamçı kimi tanıması və ədalətli araşdırılma aparılması üçün Xətai məhkəməsinə göndərdi!!!".
Amin
Femida.az
Oxunub: 5361
Oxşar xəbərlər
- Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
- Mübariz İbrahimovun şəhid olmasından 11 il ötür
- Milli Qəhrəman Mübariz İbrahimovun xarirəsi yad edilib - FOTO
- Mübariz İbrahimovun doğum günüdür
- Ərdoğan: "Bu gün Mübariz İbrahimovun ruhunun şad olduğu gündür"
- Mübariz İbrahimovun anadan olduğu kəndə avtoyürüş keçirilib
- Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan Bayrağı sancılıb - VİDEO
- Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqa 3 il həbs cəzası istənilib
- Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini üzərinə götürdü