Bakıda kriminal avtoritet saxlanıldı
16:07 10 Aprel 2019
Bakının Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ağır cinayətlər üzrə əvvəllər məhkum olunan yerli sakinlərdən iri partiyada narkotik vasitə və odlu silah müsadirə edib.
Femida.az xəbər verir ki, bu barədə oxu.az-a rayon polis idarəsindən məlumat verilib.
Aprelin 8-də "Maştağa" qəsəbəsində əməliyyatçılar əvvəllər qətlə görə məhkumluğu olan 1975-ci il təvəllüdlü Babayev Mütəllim Əmirəli oğlunu saxlayıb. Saxlanılan zaman onun üzərində 5,697 qram heroin olub.
M.Babayevin evində aparılan axtarış zamanı əməliyyatçılar daha 104 qram marixuana, 3 kiloqram 200 qram heroin və "Vinçester" tipli tüfəng aşkarlayaraq müsadirə edib.
Kəndin daha bir sakini - qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkmiş kriminal avtoritet - 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlu saxlanılıb. Polis əməkdaşları onun evində 5 kiloqramdan çox marixuana aşkarlayıb.
Keçmiş məhbusların hər ikisinin narkotik vasitə alveri ilə məşğul olduğu müəyyənləşib. Hazırda fakt üzrə araşdırma aparılır. Cinayət işi açılıb.
Femida.az
Oxunub: 596
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib