Rusiya Azərbaycana yeni hərbi attaşe təyin etdi


16:40     10 Aprel 2019 rusiya_bayragi.jpg


Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az
Tərəflər əməkdaşlıq planına əsasən iki ölkənin Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında işçi görüşlərinin, birgə təlimlərin keçirilməsi, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Diplomat Rusiyanın Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Andrey Aleksensevi general-polkovnik Z.Həsənova təqdim edib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Femida.az

Açar sözlər: #Rusiya  

Oxunub: 296