Rusiyadan gələn "Mercedes Benz" gömrükdə niyə saxlanılıb?


19:41     10 Aprel 2019 2018/04/samur-homruk_1524726945.jpg

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E300" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən Femida.az- a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük orqanlarına bəyan edilməyən 20840 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 416