Qaxda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib


19:50     10 Aprel 2019 2019/04/B287AC5E-2CE8-4AD5-AD60-0DAB04B3DF04_1554910901.jpeg

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Femida.az -a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara Cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar, Xızı, Samux rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 10-da Qaxın Güllük kəndində baş tutub. Güllük kəndi Qax aqroservisindən 45-50 km uzaq məsafədə yerləşir. Səyyar satışda 30 vətəndaşa, ümumilikdə, 23,9 ton mineral gübrə, 10 ton ammofos, 12,5 ton azot, 1,4 ton nitroammofoska gübrəsi satılıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 329