Məktəb direktorlarının maaşı müəyyən edildi
09:21 11 Aprel 2019
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı müəyyən edilib.
Femida.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti 2016-cı il 11 iyul tarixli 270 nömrəli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edib.
Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.
Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
Femida.az
Oxunub: 2127
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub
- AMEA-nın İnstitut direktoru: "Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm"
- Göyçayda məktəb direktoru vəfat edib
- Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə ölüb