Oğurluq edən qadın iş başında tutuldu


12:18     11 Aprel 2019 qadin%20sahid%20mehkeme.jpg

Aprelin 9-da saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gəliblər.

Oradan geyim əşyaları oğurlayıb paytaxt sakini Y.Balabanova polis əməkdaşları tərəfindən saxlanılıb və 34-cü Polis Şöbəsinə təhvil verilib.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 731